Dünya

Səudiyyə Ərəbistanı İsraillə normallaşmaya dair danışıqları dayandırır

Sharing is caring!


Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşdırılmasını dayandırır. Ər-Riyad qərarı barədə ABŞ Prezidenti Co Baydenin administrasiyasını məlumatlandırıb.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən xəbər verib.

Bildirilir ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Ər-Riyad münasibətləri normallaşdırmaq üçün diplomatik işləri dayandırıb.

Səudiyyə Ərəbistanı qərarını bu istiqamətdə diplomatik səylərin sonu deyil, fasilə kimi xarakterizə edib.

ABŞ rəsmisi isə öz növbəsində nəşrə bildirib ki, Bayden administrasiyası səudiyyəlilərlə təmasları davam etdirəcək, həmçinin münasibətlərin normallaşmasının dayandırılması barədə məlumat almayıb.

“Bloomberg” hesab edir ki, Ər-Riyadın qərarı Prezident Co Baydenin ambisiyalarına və onun Yaxın Şərqdəki siyasətinə ciddi zərbədir. Vaşinqton administrasiyası gərginliyin artmasına baxmayaraq, regionda normallaşma danışıqlarını təşviq etmək niyyətində idi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir