Dünya

Netanyahu HƏMAS-a vurduqları zərbələr barədə: “Bu, hələ başlanğıcdır”

Sharing is caring!


“Biz düşmənlərimizi misligörünməmiş zərbə ilə vururuq”.

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS-a qarşı müharibə ilə bağlı xalqa müraciətində deyib.

“Bu gün hamı bilir ki, biz vətənimiz üçün vuruşuruq və şir kimi döyüşürük. Biz hamımız birik”, – deyə bildirib.

“Biz düşmənlərimizin törətdiyi vəhşilikləri heç vaxt unutmayacağıq və heç vaxt bağışlamayacağıq. Biz heç vaxt imkan verməyəcəyik ki, dünya bu vəhşilikləri unutsun”, – deyə Netanyahu qeyd edib.

“Biz düşmənlərimizə misligörünməmiş zərbələr endiririk, amma vurğulayıram, bu hələ başlanğıcdır”, – deyə o qeyd edib.

“Düşmənlərimiz bunun əvəzini yenicə ödəməyə başlayıblar. Mən bundan sonra nə baş verəcəyi barədə ətraflı danışmayacağam. Ancaq sizə deyirəm, bu, yalnız başlanğıcdır”, – deyə baş nazir əlavə edib.

Mənbə: “The Times of İsrael”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir