Dünya

Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağladı

Sharing is caring!


Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağın Şuşadakı daha bir müşahidə məntəqəsini bağlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Qarabağda silahlı birləşmələrin tərk-silah edilməsi və buraxılması ilə əlaqədar Şuşa ərazisində sutka ərzində Rusiya Sülhməramlı Qüvvələrinin daha bir müşahidə məntəqəsi bağlanıb”, – deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı informasiya bülletenində bildirilib.

Müdafiə Nazirliyindən əlavə edilib ki, sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Qarabağ ərazisində ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir