Dünya

İran rəsmisi: “Ermənistan çirkab sularını Araz çayına axıtmaqla qeyri-insani addım atır” – FOTO

Sharing is caring!


İranın energetika nazirinin müavini Məhəmməd Cavanbəxt Ərdəbil əyalətinin şimalında suyun vəziyyətini nəzərdən keçirmək məqsədilə iclasda iştirak edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

“Biz Arazın suyunun çirkləndirilməsini gizlətməyə çalışmırıq, əksinə, hesab edirik ki, bu məsələni önə çəkməklə insanların sağlamlığına zərər vurmamaq üçün milli və beynəlxalq səviyyədə qabaqlayıcı tədbirlər görülməlidir”, – deyə Cavanbəxt çıxışında bildirib.

O, habelə Ermənistanın çirkab suların Araz çayına axıtmasını qeyri-insani addım adlandıraraq deyib:

“Bu problemin həll edilməsi üçün xarici diplomatiyanın imkanlarından istifadə etməklə yanaşı, İranın energetika naziri Ermənistana ardıcıl səfərləri zamanı bu məsələni qaldırıb ki, Ermənistan rəhbərliyi və qonşular Araz çayının suyunun sağlamlığına diqqət yetirsinlər”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir