Dünya

Sankt-Peterburqda dəhşətli cinayətin üstü açıldı: Səkkiz yaşlı qızları pornoya çəkirmiş – FOTO

Sharing is caring!


Rusiyada 35 yaşlı kişinin illərdir aşağı sinif şagirdi olan qızlarla porno filmlər çəkdiyi məlum olub.

Çoxlu sayda çılpaq azyaşlı qızların olduğu kadrlar 18+ internet saytının ziyarətçilərinin diqqətini çəkib. Onlar bu məlumatları “İnterpol”un cinsi zorakılıq qurbanlarının məlumat bazasında yerləşdiriblər.

Məlum olub ki, porno “rejissor” saxta profillə qeydiyyatdan keçmiş hesabdan videoları payılaşırmış. Polis kompüterin IP ünvanını öyrənə bilib. Onun Sankt-Peterburqa böyük mətbəələrdən birinin işçisi olduğu ortaya çıxıb.

Hazırda 35 yaşlı Qriqori saxlanılıb. Onun evindən məktəbli qızların fotoşəkilləri olan fləş-disklər götürülüb.

Müstəntiqlər zərərçəkən qızlardan bəzilərini tapıblar. Onlardan birinin pedofil tərəfindən dörd il ərzində təcavüzə məruz qaldığı öyrənilib. Başqa bir qurbanın isə cəmi səkkiz yaşı olub. Cinayətkarın lentə aldığı digər uşaqların axtarışına başlanılıb.

Qriqori artıq hər şeyi etiraf edib.

Hadisə ilə bağlı istintaqa başlanıb.

Ьэтиэ: “Shot” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir