Dünya

İsveçdə Quranı yandıran şəxsə hökm oxunub

Sharing is caring!


İsveçin Linçöpinq Birinci İnstansiya Məhkəməsi Quranı yandıran, onu videoya çəkib internetdə yayan şəxsə hökm oxuyub.

Bu, İsveçdə etnik və dini ədavətin qızışdırılması maddəsi ilə belə bir hərəkətə görə verilən ilk hökm olub.

“2020-ci ilin payızında Qurani-Kərimi yandıraraq video çəkib paylaşan şəxs bu gün cinayət törətməkdə təqsirli bilinib”, – deyə məhkəmənin mətbuata açıqlamasında bildirilib.

Qeyd edək ki, o, şərti cəza alıb və Cinayət Qurbanları Fonduna 800 kron (təxminən 73 dollar) ödəməyə məhkum edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir