Dünya

Ceyk Sallivan: “ABŞ HƏMAS-ın İsrailə hücum etməyə hazırlaşdığına dair heç bir əlamət görməyib”

Sharing is caring!


“ABŞ kəşfiyyatı HƏMAS terror qruplaşmasının İsrailə hücumuna dair heç bir hazırlıq əlaməti görməyib”.

Bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

ABŞ kəşfiyyatının HƏMAS-ın İsrailə hücum hazırlığı görməsinə dair hansısa məlumata malik olub-olmadığı sualına cavab verərkən Sallivan qeyd edib ki, Vaşinqtonun belə bir məlumatı olmayıb.

“Biz, israillilərin özləri kimi, bu tip hücuma işarə edən heç bir şey görmədik”, – deyə o bildirib.

Eyni zamanda, Təl-Əvivin hücuma necə yol verdiyi ilə bağlı suala cavab olaraq müşavir bunu İsrail hökumətindən soruşmağı xahiş edib.

“Göz qabağındadır ki, İsrail hökuməti HƏMAS, İordan çayının qərb sahili, “Hizbullah”la bağlı kəşfiyyat imkanlarına çox diqqət yetirir. Nə üçün onlara bu barədə xəbərdarlıq edilmədiyinə gəldikdə isə, bu tribunadan cavab verə biləcəyim bir sual deyil”, – deyə Sallivan əlavə edib.

Mənbə: nv.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir