Dünya

İsrail səfirindən çox təsirli paylaşım: “HƏMAS körpənizi öldürsə, nə edərdiniz?” – FOTO

Sharing is caring!


“HƏMAS körpənizi öldürsə, nə edərdiniz?”

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” hesabında yazıb.

O, hazırda öz ölkəsində gedən qanlı qarşıdurmanın bir uşağın yataq otağına əks olunan dəhşətli görüntüsünü paylaşıb.

İsrail səfiri HƏMAS-ın digər bir terrorçu təşkilat olan İŞİD-dən ilham aldığını da qeyd edib. Corc Dik HƏMAS terrorçularının İsrail kəndlərindən birində özlərindən sonra İŞİD “bayrağ”ı qoyaraq getdiklərini bildirib.

“Dünya bu şərə qarşı mübarizə aparmalı və qalib gəlməlidir, İŞİD-ə olduğu kimi. Heç bir bəhanə olmadan”, – C.Dik yazıb.

Xatırladaq ki, oktyabrın 7-dən Qəzza zolağında İsrail və Fələstin arasında qarşıdurma başlayıb. HƏMAS üzvləri Qəzza ilə həmsərhəd olan Raim kibutsunda (xüsusi kənd təsərrüfatı icması – red.) İsrailin “Nature Party” musiqi festivalına hücum ediblər. Xeyli israilli girov götürülüb, öldürülüb və yaralanıb. Bundan sonra münaqişənin miqyası böyüyüb. Tərəflər artıq bir-birinə raketlərlə zərbələr endirirlər. Son məlumatlara görə, İsraildə ölənlərin sayı 1 200-ü, yaralıların sayı üç mini keçir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir