Dünya

Tramp ABŞ-nin əsl liderinin adını çəkib

Sharing is caring!


“ABŞ Prezidenti Co Bayden ölkənin keçmiş lideri Barak Obamaya tabedir”.

Bu barədə Ağ Evin keçmiş rəhbəri Donald Tramp bildirib.

O, ABŞ vətəndaşlarının korrupsioner qlobalistlər, Vaşinqton, Uoll Strit küçəsindən olan insanlar tərəfindən qarət olunduqlarını, xəyanətə məruz qaldıqlarını deyib və vurğulayıb ki, Vaşinqton-Uoll Strit  kombinasiyası indiyə kimi görünənlərdən ən pisidir.

“Vəziyyət heç bir zaman, hətta fırıldaqçı Baydenin rəhbəri Barak Hüseyn Obamanın dövründə belə indiki kimi pis olmayıb. Fikrimcə, Obama Baydenin “boss”udur”, – deyə Tramp Nyu-Hempşirdəki tərəfdaşlarına bildirib.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti 80 yaşlı Baydenin ölkəni idarə etmək qabiliyyətini dəfələrlə şübhə altına alıb. Hər iki siyasətçi 2024-cü il prezident seçkisində ən çox ehtimal olunan iştirakçılar hesab olunur. Bununla belə, Obama prezidentliyi dövründə rəsmi olaraq Baydenin rəhbəri olub, çünki o zaman Ağ Evin hazırkı rəhbəri vitse-prezident vəzifəsini icra edirdi.

Mənbə: The Hill

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir