Dünya

Məktəblinin öz sinif yoldaşına qarşı qəddarlığı Rusiya ictimaiyyətini silkələdi – VİDEO

Sharing is caring!


Rusiyada məktəblinin öz sinif yoldaşını qəddar şəkildə döyməsi ilə bağlı qorxunc kadrlar yayılıb.

Video bu gün səhər valideyn çatlarının birində ortaya çıxıb.

Valideynlər gördüklərindən şoka düşüb və prokurorluğa müraciət ediblər.

Yerli sakinlərin dediyinə görə, bu, uşağın zorakılığa məruz qaldığı ilk hadisə deyil. Ehtimal edilir ki, ona qarşı belə münasibət bu yaxınlarda xərçəngdən dünyasını dəyişən anasını itirməsi ilə əlaqədardır.

İşə rayon istintaq komitəsi qarışıb. Pedaqoji heyət səhlənkarlığa görə yoxlanılacaq.

Mənbə: “Mash” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir