Dünya

Rusiyanın XİN başçısı: “ABŞ və Avropa İttifaqı bölgəyə qeyri-sabitlik toxumları səpirlər”

Sharing is caring!


Qarabağdakı Rusiya sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına töhfə verməyə hazırdır, ABŞ və Avropa İttifaqı isə bölgəyə qeyri-sabitlik toxumları səpir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət edilməsi – qarşılıqlı əlaqələrin, beynəlxalq sülh və sabitliyin açarıdır” adlı məqaləsində yazılıb. 

Məqalədə qeyd olunur ki, hazırda Brüssel öz geosiyasi ambisiyalarının düşünür, Azərbaycan və Ermənistana öz “vasitəçilik xidmətlərini” sırımaq istəyir, Vaşinqtonla birlikdə Cənubi Qafqazda sabitliyi pozur.

“İndi iki ölkənin rəhbərliyi suverenliyinin qarşılıqlı tanınması məsələsini öz aralarında həll etdikdən sonra, dinc həyat qurmağın, öz aralarında etimadı gücləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti isə öz növbəsində bu prosesə hər cür töhfə verməyə hazırdır”, – deyə Rusiyanın XİN başçısı qeyd edib. 

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir