Dünya

Quterreş: “Yaxın Şərqdə gərginliyin qarşısının alınması üçün bölgə liderləri ilə əlaqə saxlayırıq”

Sharing is caring!


“Yaxın Şərqə davam edən gərginliyin qarşısının alınması və digər ölkələrə keçməsini əngəlləmək üçün bölgə liderləri ilə əlaqə saxlayırıq”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında deyib.

“HƏMAS tərəfindən İsrailə qarşı 800-dən artıq insanın ölümü və 2 500-dən çoxunun yaralanmasına səbəb olan mənfur hücumları pisləyirəm. Təəssüf ki, bu rəqəmlərin artacağı gözlənilir, çünki hücumlar davam edir. Qadınlar, uşaqlar və qocalar da daxil olmaqla yüzlərlə israillinin silahlı qruplar tərəfindən əsir götürüldüyü bildirilir”, – Baş katib qeyd edib.

Quterreş deyib ki, heç bir şey bu terror aktlarına və dinc əhalinin öldürülməsinə, şikəst edilməsinə və oğurlanmasına haqq qazandıra bilməz:

“Mən bu terror təşkilatlarına hücumları dərhal dayandırmaq və bütün girovları azad etmək çağırışımı təkrarlayıram. BMT-nin xüsusi koordinatoru və mən bölgədə davam edən vəziyyətdən ciddi narahatıq. Bütün tərəfləri danışıqlar yolu ilə əldə edilmiş sülhə riayət etməyə çağırıram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir