Dünya

İsrailin energetika naziri Qəzza zolağına suyun verilməsinin dayandırılmasını əmr edib

Sharing is caring!


İsrailin energetika naziri İsrael Kats Qəzza zolağına suyun verilməsini dayandırmaq barədə göstəriş verib. 

“İsraildən Qəzza zolağına su təchizatının dərhal dayandırılması ilə bağlı göstəriş vermişəm”, – deyə nazir bildirib.

O, həmçinin, Qəzzanın elektrik enerjisi və yanacaq təchizatının da kəsildiyini qeyd edib.

Xatırladaq ki, İsrailin müdafiə naziri Yoav Qalant Qəzzanın tam blokadaya alınması ilə bağlı göstəriş verərək, qida və enerji təchizatının da dayandırılacağını deyib.

Mənbə: “The Times of Israel”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir