Dünya

Şoltsun “taxtı” laxlayır: Hessendə antirekord

Sharing is caring!


Oktyabrın 8-də federal Hessen əyalətində keçirilən yerli parlament seçkisi Kansler Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyasının (SDP) indiyə qədər görülən ən böyük məğlubiyyəti ilə nəticələnib.

İlkin nəticələrə görə, sosial demokratlar yalnız 15,1 faiz səs toplayıblar.

Yerli mediada yayılan məlumata görə, Hessendəki SDP heç vaxt bu qədər az səs toplamayıb. Hətta 2018-ci ildəki seçkilərin ən pis nəticəsi bundan 4,7 faiz yüksək olub.

İlkin nəticələrə görə, Hessendə 34,6 faiz səslə Xristian Demokrat İttifaqı qələbə qazanıb. Siyahıda bundan sonra 18,4 faizlə “Almaniya üçün Alternativ Partiya” gəlir, üçüncü yerdə SDP, ondan sonra isə 14,8 faizlə səslə “Yaşıllar” qərarlaşıblar.

Mənbə: Spiegel

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir