Dünya

“Fənərbağça” “Qalatasaray”ın rekordunu qırdı

Sharing is caring!


Türkiyənin “Fənərbağça” klubu ölkə təmsilçiləri arasında ən uzun qələbə seriyasına nail olub.

İstanbullular son 18 rəsmi oyununu qalib başa vurub. Komanda son olaraq Super Liqanın VIII turunda səfərdə “Kasımpaşa”nı yenib – 0:2.

Bununla da bütün turnirlərdə ardıcıl 18 rəsmi matçda qələbə qazanan “Fənərbağça” 17 ardıcıl qalibiyyəti olan “Qalatasaray”ı geridə qoyub.

İsmail Kartalın komandası, həmçinin, Super Liqaya ən yaxşı başlanğıc göstəricisini də təkrarlayıb. “Fənərbağça” daha əvvəl yalnız 2009/10 mövsümündə ilk səkkiz görüşü qələbə ilə başa vurub.

Mənbə: ajansspor.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir