Dünya

Pifaqor teoremini Pifaqor icad etməyib – FOTO

Sharing is caring!


Riyaziyyatda ən məşhur kəşflərdən biri Pifaqor teoremidir.

İki min ildən artıqdır ki, heç kim qədim dahi şəxsiyyətin üstünlüyünə meydan oxumağa cəsarət etmir.

Lakin belə bir “qəhrəman” 21-ci əsrdə tapılıb. Bu, Rutgers Universitetindən riyazi statistika üzrə fəlsəfə doktoru olan Bryus Ratnerdir.

Alim Pifaqorun doğulmasından min il əvvəl “Pifaqor teoremi”nin tətbiqinə dair maddi sübutlar təqdim edib. Sübut eramızdan əvvəl 1800-1600-cü illərə aid qədim Babildə tapılan gil lövhənin üzərində cızılıb. Pifaqor isə eramızdan əvvəl 570-ci ildə anadan olub. Lövhədə Pifaqor teoreminin birbaşa isbatı yoxdur, lakin onun teoreminin tətbiq edildiyini göstərən hesablamalar var.

Mənbə: kp.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir