Dünya

İsrail ordusu fələstinli yaraqlılarla qarşıdurmanı dəyərləndirib

Sharing is caring!


“İsrailin fələstinli qruplaşmalara qarşı hərbi qarşıdurması çətin olacaq”.

Ölkənin Müdafiə Qüvvələrinin nümayəndəsi Daniel Haqari belə hesab edir.

Bu barədə İsrail hərbçisinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

“Müharibə çətin olacaq, İsraili çətin günlər gözləyir. Ordu güclüdür və bütün gücünü işə salacaq”, – deyə Daniel Haqari yazıb.

Haqari bildirib ki, “HƏMAS” yaraqlıları uşaqlara və qadınlara qarşı hərbi cinayətlər törədiblər. Hərbçinin sözlərinə görə, terrorçular gələcəkdə törətdikləri cinayətlərə görə cavab verəcəklər.

O, həmçinin xəbərdarlıq edib ki, “HƏMAS” yaraqlılarının davam edən əməliyyatına cavab olaraq gələcəkdə Qəzza zolağına “sərt hücumlar” həyata keçirilməsi planlaşdırılır.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir