Dünya

Xarkova raket hücumlarının nəticələri açıqlanıb

Sharing is caring!


Son iki gündə Ukraynanın Xarkov vilayətinə endirilən ballistik raket zərbələrindən kütləvi ölən və yaralananların son statistikası açıqlanıb.

Xarkov vilayəti hərbi administrasiyanın rəhbəri Oleq Sinequbov “Report”un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, Rusiyanın İskəndər tipli raket ilə oktyabrın 5-də vilayətin Kupyansk rayonu Hroza kəndində endirdiyi zərbə nəticəsində mülki insanlar arasında ölənlərin sayı hazırda 52-ə çatıb:

“50 nəfər zərbə zamanı həlak olmuşdu, yaralılardan iki nəfər isə sonradan dünyasını dəyişdi. Hazırda raketin düşdüyü kənddən altı nəfər yaralı var”.

Onun sözlərinə görə, ötən gün Rusiya tərəfindən Xarkov şəhərinin mərkəzinə endirilən raket zərbəsi nəticəsində isə iki nəfər ölüb, 30 nəfər yaralanıb.

“Ölənlərdən biri 10 yaşlı oğlan uşağı, yaralananlardan biri isə 11 aylıq körpədir. Ümumilikdə 88 yaşayış binası, 61 mülki avtomobil raket zərbələrindən zərər görüb”, – deyə O.Sinequbov əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir