Dünya

İranda son üç gündə 450-dən çox insan daşqınlardan zərər çəkib

Sharing is caring!


İranın altı vilayətində baş verən daşqınlar nəticəsində azı 457 nəfər xəsarət alıb.

Məlumata görə, Meşqinşəhra şəhərinin sakinlərindən biri dünyasını dəyişib. Ümumilikdə ən azı 15 şəhər hadisədən zərər çəkib.

Həmin şəhərlərin sakinlərinə 204 xilasedicinin daxil olduğu 59 əməliyyat qrupu kömək edir. Daşqın qurbanlarına ilkin ləvazimat və ərzaq verilir, onlardan bəziləri təcili yardım xidmətləri tərəfindən təhlükəsiz ərazilərə təxliyə edilir və müvəqqəti yaşayış yeri ilə təmin edilir.

Qeyd edək ki, təbii fəlakətdən ölkənin şimal-qərbində yerləşən Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan kimi vilayətləri daha çox zərər çəkib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir