Dünya

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 40-a çatıb

Sharing is caring!


Hindistanın şimal-şərqində daşqınlar nəticəsində azı 40 nəfər ölüb.

Məlumata görə, daşqına Himalay dağlarında yerləşən Lhonak buzlaq gölünün ərazisində güclü yağışlar səbəb olub. Vəziyyət Tista çayı üzərində yerləşən Tista su elektrik stansiyasından suyun buraxılması ilə daha da ağırlaşıb.

Eyni zamanda hind alimləri yağışların buzlaq gölündən suyun çıxmasına səbəb ola bildiyi ehtimalını irəli sürüblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir