Dünya

ABŞ-də 11 yaşlı uşaq çips paketi üstündə yeniyetmələrə atəş açıb – FOTO

Sharing is caring!


ABŞ-nin Florida ştatında 11 yaşlı məktəbli anasının tapançası ilə çantasından onun çipsini oğurlayan yeniyetmələrə atəş açıb.

Uşaqlar Florida ştatının Apopka şəhərindəki istirahət mərkəzində futbol məşqində olublar. Məşqdən sonra oğlanlardan birinin anası onu götürməyə gəlib. Məktəblilər qəlyanaltı üstündə mübahisə ediblər, 13 yaşlı iki uşaq 11 yaşlı uşağın bir paket çipsini oğurlayıb. Yaşca böyük olan oğlanlar kiçik oğlanı təqib edərək ona hücum ediblər.

Buna cavab olaraq o, anasının maşınına tərəf qaçaraq, tapançanı çıxarıb və qaçan yeniyetmələrə atəş açıb. O, bir dəfə atəş açmağa müvəffəq olub, güllə məktəblilərdən birinin kürəyinə dəyib keçərək ikinci oğlanı dirsəyindən yaralayıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, kürəyindən yara alan uşaq əməliyyat olunub, ikincisi həkimlər tərəfindən müayinə olunduqdan sonra evə buraxılıb. 11 yaşlı oğlana qarşı ittiham irəli sürülüb, silahı əlçatan yerdə saxlayan anasına qarşı da cinayət işi açılıb.

Mənbə: The Washington Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir