Dünya

II Elizabeti öldürməyə cəhd edən britaniyalının cəzası məlum oldu – FOTO

Sharing is caring!


2021-ci ilin dekabrında kraliça II Elizabeti arbaletlə öldürmək niyyəti ilə Vindzor qəsri ərazisinə girən hindistanəsilli britaniyalı 9 il həbs cəzasına məhkum edilib.

Hadisə Böyük Britaniyada Milad bayramında, dekabrın 25-də baş verib. Casvant Sinqx Çayl Vindsor qalasının ərazisinə girib və Kraliçanı öldürmək niyyətində olduğunu bildirib.

Artıq həmin şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəməsində o, kraliçanı öldürmək niyyətində olduğunu etiraf edib. Çayl cəzasının bir hissəsini psixiatriya klinikasında keçirəcək. O, sağaldıqdan sonra həbsxanaya köçürüləcək.

Xatırladaq ki, II Elizabet Britaniya taxtına 1952-ci ildə, 25 yaşında çıxıb. O, 2022-ci ildə vəfat edib.

Mənbə: rbc.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir