Dünya

Jozep Borrel: “Azərbaycan və Türkiyə olmadığından ciddi məsələlər haqqında danışa bilməyəcəyik”

Sharing is caring!


Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel Ermənistan və Azərbaycan hakimiyyət nümayəndələrinin Brüsseldə görüşə biləcəyinə ümid etdiyini bildirib.

“Təəssüf ki, Azərbaycan və Azərbaycanı dəstəkləyən əsas ölkə Türkiyə İspaniyadakı sammitdə iştirak etmirlər”, – Avropa Siyasi İcmasının Qranada keçirilən sammitinə qatılan Jozep Borrel qeyd edib.

Jozep Borrel vurğulayıb ki, Azərbaycan və Türkiyənin sammitə qatılmaması ciddi məsələlərin müzakirəsini ikinci plana atır.

“Ona görə də biz burada ciddi məsələlər haqqında danışa bilməyəcəyik”, – deyə Jozep Borrel vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir