Dünya

Fransanın Nigerdən qoşunlarının çıxaracağı vaxt məlum olub

Sharing is caring!


Fransa bir həftə ərzində qoşunlarını Nigerdən çıxarmağa başlayacaq.

Bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən AFP məlumat yayıb.

“Bir sıra hərbi hissələrin çıxarılması ilə bağlı danışıqlar başlayıb. Terrorla mübarizədə əməkdaşlığın dayandığı bir mühitdə bu cür müzakirələrin başlaması normaldır”, – deyə bir neçə mənbə bildirib.

Bundan əvvəl Fransanın Milli Birlik Partiyasının rəhbəri Marin Le Pen Parisin Afrika siyasətini tənqid edib. O, Fransanın Nigeri alçaldıcı şəraitdə tərk etdiyini bildirərək, ölkənin Afrikadan “qovulduğunu” vurğulayıb.

Qeyd edək ki, Emmanuel Makron Fransanın Nigerdəki səfirini geri çağırdığı və 2023-cü ilin sonuna qədər qoşunlarını ölkədən çıxaracağı bildirilib.

Afrika respublikasında hakimiyyəti ələ keçirən üsyançılar qoşunların çıxarılmasında israr edirdilər. Bundan əvvəl Paris dəfələrlə güzəştə getməkdən imtina etmişdi.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir