Dünya

İranda daha bir qız məcburi hicaba görə komadadır: Molla rejimi yeni Məhsa Əmini inqilabından qorxur – VİDEO

Sharing is caring!


Oktyabrın 1-də Tehran metrosunda məcburi hicaba görə hökumət muzdlularının zorakılığına məruz qalan məktəbli qız Armita Gəravənd hazırda xəstəxanada komadadır.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, qızın yerləşdirildiyi xəstəxananın ətrafında güclü təhlükəsizlik tədbirləri görülüb. Hökumət qüvvələri 16 yaşlı qızın vəziyyətini diqqətlə izləyir.

Qeyd edək ki, molla rejimi Armitanın başına gətirilən bu hadisədən sonra ölkədə daha bir Məhsa Əmini inqilabının başlamasından vahiməyə düşüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir