Dünya

Tayvanda “Koinu” qasırğası səbəbindən 175 minə yaxın ev işıqsız qalıb

Sharing is caring!


Tayvanda 174,5 minə yaxın ev “Koinu” qasırğası səbəbindən elektrik enerjisinin kəsilməsi problemi ilə üzləşib.

Bu barədə adanın fövqəladə hallar üzrə operativ qərargahı məlumat yayıb.

Verilən məlumata görə, hazırda 112,1 min evə elektrik enerjisinin verilməsi bərpa olunub. Daha 62,4 min ev işıqsız qalıb.

“Koinu” qasırğası cümə axşamı gecəsi Tayvanın cənubunu vurub və adanın ərazisində şərqdən qərbə doğru hərəkət edib. Yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə 08:00) olan məlumata görə, tayfun Tayvanın ən cənub nöqtəsi – Eluanbi burnundan 60 km qərbdə olub.

Qeyd edək ki, oktyabrın 3-də Tayvanın Mərkəzi Meteorologiya İdarəsi fırtına xəbərdarlığı edib. Oktyabrın 4-də adanın bəzi bölgələrində məktəblərdə dərslər ləğv edilib və ofislərin fəaliyyəti dayandırılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir