Dünya

Londonda “Səfillər” tamaşasında qalmaqal: İnqilab səhnəsinə real etirazçılar çıxdılar – VİDEO

Sharing is caring!


Britaniya paytaxtında “Sondheim” teatrında keçirilən “Səfillər” müzikli zamanı qalmaqal yaşanıb. Belə ki, tamaşada inqilab səhnəsi zamanı “Just Stop Oil” təşkilatının ekofəalları aksiya keçiriblər.

Ancaq bu hərəkət tamaşaçıların xoşuna gəlməyib – onlar səhnəyə çıxan fəalları fitə basıblar. Bundan başqa, tamaşaçılar onları “axmaq” adlandıraraq, səhnədən düşmələrini tələb ediblər. Bir tamaşaçı isə fəallardan birinin əlindən təşkilatlarını təmsil edən bayrağını alıb.

Qeyd edək ki, Fransa inqilabından bəhs edən bu tamaşanın biletlərinin qiyməti 200 funt-sterlinqə (təxminən 412 manat) qədər olub.

Fəallar neft hasilatı zamanı ətraf mühitə karbohidrogen emissiyaları problemlərinə diqqət çəkmək üçün tamaşanı dayandırdıqlarını deyiblər. Onlar bildiriblər ki, bu problem iqlim dəyişikliyinə, məhsul çatışmazlığına və aclığa gətirib çıxardır.

Mənbə: MK.RU

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir