Dünya

“Hakken”in futbolçusu: “Qarabağ”a qalib gəlmək şansımız böyükdür”

Sharing is caring!


“Bacarığımızı göstərə bilsək, qələbə qazanmaq şansımız böyükdür”.

“Report” xəbər verir ki, bunu İsveçin “Hakken” klubunun futbolçusu Yohan Hammar evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunu ilə bağlı danışarkən deyib.

29 yaşlı müdafiəçi doğma meydanda bu turnirin himnini eşitməyin onlar üçün xüsusi olacağını bildirib:

“Bizi güclü rəqibə qarşı əla matç gözləyir”.

Qeyd edək ki, bu gün “Ullevi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir