Dünya

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yeni köməkçisi bəlli oldu

Sharing is caring!


ABŞ Senatı prezident Co Baydenin Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə keçmiş koordinatoru Ceyms O’Brayenin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizədliyini təsdiqləyib.

Onun namizədliyini 67 senator dəstəkləyib, 31 deputat isə əleyhinə çıxıb.

Qeyd edək ki, O’Brayenin səlahiyyətlərinə həmçinin ABŞ-nin Cənubi Qafqaz ölkələri, Rusiya Federasiyası, Türkiyə və Ukrayna üzrə xarici siyasətinə nəzarət də daxildir.

Xatırladaq ki, son aylarda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir