Dünya

Türkiyəni sarsıdan hadisə: İtkin düşən üç qardaşın cansız bədəni tapıldı – FOTO

Sharing is caring!


Ötən gün İstanbulun Sancıktəpə rayonunda itkin düşən üç qardaş – 7 yaşlı Beratın, 9 yaşlı Baranın və 11 yaşlı Batuhanın tikinti meydançasında olan su quyusuna düşərək öldükləri məlum olub.

Qeyd olunur ki, uşaqların meyitini ilk olaraq tikintinin mühafizəçisi aşkar edib və dərhal hüquq mühafizə orqanlarına məlumat verib.

Su quyusu qurudulandan sonra uşaqların meyitləri oradan çıxarılaraq ekspertiza aparan orqana təhvil verilib.

İlkin məlumata görə, qardaşlar tikinti aparılan ərazidə oynayarkən su quyusuna yıxılıblar.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir