Dünya

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsindən kənarlaşdırılıb

Sharing is caring!


Kaliforniyadan olan Respublikaçı Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsindən uzaqlaşdırılıb.

216 konqresmen təşəbbüsün lehinə, 210-u əleyhinə çıxış edib.

Səsvermə prosedurunun təşəbbüskarı və qətnamənin müəllifi Makkartinin həmkarı – ABŞ Respublikaçılar Partiyasının sağ dairələrini təmsil edən konqresmen Mett Hetz (Florida ştatından) olub. O, bu sənədi bazar ertəsi axşam həmkarlarına təqdim edib.

Sağçıların fikrincə, Makkarti büdcə məsələlərinin müzakirəsində rəqib Demokratlara güzəştə gedib və bununla da Respublikaçıların etimadını sarsıdıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir