Dünya

Estoniya millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlandı – SİYAHI

Sharing is caring!


Estoniya millisinin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan, yoldaşlıq görüşündə isə Tailandla keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

Estoniya Futbol Federasiyasının yaydığı məlumata görə, baş məşqçi Tomas Heberli 24 futbolçuya dəvət göndərib.

Karol Mets cəzalı olduğu üçün Azərbaycan yığması ilə görüşü buraxacaq. Yarımmüdafiəçi Martin Vetkal isə Tailandla qarşılaşma üçün heyətə qoşulacaq.

Qapıçılar: Karl Yakob Hein (“Arsenal”, İngiltərə), Matvey İqonen (“Hebır”, Pazarcik, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”)

Müdafiəçilər: Karol Mets (“Sankt-Pauli”, Almaniya), Yoonas Tamm (“Botev”, Bolqarıstan), Artur Pikk (“Odra”, Polşa), Marten Kuusk (“Uypeşt”, Macarıstan), Maksim Paskotşi (“Qrasshopper”, İsveçrə), Ken Kallaste, Mixael Lilander (hər ikisi “Flora”), Rasmus Peetson (“Levadiya”)

Yarımmüdafiəçilər və hücumçular: Henri Anier (“Li Man”, Honkonq), Mattias Kayt (“Rapid”, Rumıniya), Erik Sorqa (“Sumqayıt”, Azərbaycan), Vlasi Sinyavski (“Slovatsko”, Çexiya), Markus Pum (“Şemrok Rovers”, İrlandiya), Georgi Tunyov (“Peskara”, İtaliya), Boqdan Vaşuk (“Vozdovats”, Serbiya), Rokko Robert Şeyn (“Dordrext”, Niderland), Aleks Mattias Tamm (“Nımme Kalyu”), Konstantin Vasilyev, Sergey Zenyov, Henrik Oyamaa, Martin Miller (hamısı “Flora”).

Qeyd edək ki, Estoniya millisi oktyabrın 13-də Azərbaycan, 17-də isə Tailand ilə qarşılaşacaq. Hər iki matç Tallində baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir