Dünya

Rusiyada kişini yoldan keçənlərin gözü qarşısında qaçırdılar – VİDEO

Sharing is caring!


Başqırdıstanda (Rusiya) bir qrup gənc yaşayış binasının həyətində yoldan keçən şəxsə hücum edib, onlar zərərçəkmişi itələyərək avtomobilə mindirib onu naməlum istiqamətdə aparıblar.

Hadisə Rusiyanın Ufa şəhərində yerləşən yaşayış binalarının birinin həyətində baş verib. Avtomobillərinin siqnalizasiyasının işə düşməsinə görə duyuq düşən yerli sakinlər polisə zəng vurublar. Hadisə müşahidə kameralarına düşüb.

Videogörüntülərdə bir qrup gəncin yoldan keçənə yaxınlaşaraq onu döyməsi, bundan sonra zərərçəkmişin qollarından yapışaraq onun avtomobilin baqajına qoyulduğu və naməlum istiqamətə aparıldığı əks olunub.

Verilən məlumata görə, hadisədə 12 nəfər iştirak edib. Hazırda hadisə ilə bağlı Rusiyanın Ufa şəhəri üzrə Daxili İşlər Nazirliyi adam oğurluğu faktı üzrə araşdırma aparır.

Mənbə: “Mash Batash” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir