Dünya

“Aston Villa” “Brayton”u meydana çıxmağa peşman etdi: Darmadağın qeydə alındı

Sharing is caring!


İngiltərə Premyer Liqasında VII turun açılış oyunu bol qollu alınıb.

Oxu.Az xəbər verir ki, “Aston Villa” – “Brayton” matçında yeddi qol vurulub.

Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 6:1.

Olli Uotkinsin het-trik etdiyi qarşılaşmada “Aston Villa”nın digər qollarını Ceykob Remzi və Duqlas Luis vurublar. Eyni zamanda qonaqların heyətində Pervis Estupinyan avtoqol müəllifi olub. “Brayton”un yeganə qolunu isə Ansu Fati vurub.

Bu nəticədən sonra komandalar turnir cədvəlində yerdəyişmə ediblər. Xallarını 15-ə çatdıran “Aston Villa” üçüncü pilləyə yüksəlib. Eyni xala malik “Brayton” dördüncü yerə düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir