Dünya

Nyu-Yorkda metronu su basdı, sərnişinlər çıxılmaz vəziyyətdə qaldılar – FOTO/VİDEO

Sharing is caring!


Güclü yağış Nyu-York şəhərini (ABŞ) iflic edib, küçələri, zirzəmiləri, məktəbləri və metro stansiyalarını sel suları basıb.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Məlumata görə, suyun səviyyəsi o qədər sürətlə qalxıb ki, pik saatlarda metroya minən bəzi sərnişinlər çıxılmaz vəziyyətdə qalıblar. Onları xilasedicilər xilas ediblər.

Nyu-Yorkda və ştatın bir sıra bölgələrində fövqəladə vəziyyət elan edilib. Şəhər rəsmiləri “LaGuardia” hava limanının terminalını bağlayıblar.

Mənbə: “360 TV” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir