Dünya

Mehmet Ali Erbil altıncı dəfə ailə qurur: Özündən 40 yaş kiçik sevgilisinə evlilik təklifi etdi – FOTO

Sharing is caring!


Məşhur türkiyəli şoumen Mehmet Ali Erbil özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylana evlilik təklifi edib.

Bu, Mehmet Ali Erbilin 6-cı evliliyi olacaq.

66 yaşlı şoumen 5 aydır birlikdə olduğu sevgilisindən çox sayda insan içində onunla evlənməsini istəyib. Gülseren Ceylan bu sevincini “Instagram” hesabında paylaşıb.

Bir müddət əvvəl isə Mehmet Ali Erbil sevgilisinin doğum günü ilə bağlı paylaşım edib. “Doğum günün mübarək, sevgilim. Yaxşı ki, mənimsən. Yerin sonsuza qədər mənim yanım olsun. Səni sevirəm”, – deyə Erbil Gülseren Ceylanı təbrik edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir