Siyasət

İran Ermənistanı silahlandırmasına necə haqq qazandırır? – RƏY + FOTO

Sharing is caring!

İranın “Tahrireh” saytında dərc olunan “İran raketlərinin Ermənistana gəlməsi və regionun geosiyasi gələcəyi” sərlövhəli məqalədə bu gün Tehranın dünyanın 55-dən çox ölkəsinə silah ixrac etdiyi bildirilib. Qeyd olunub ki, İran silahları yüksək keyfiyyətli və münasib qiymətə malikdir. Məlumata görə, Ermənistan İrandan “Dehlaviyyə” zirehli raketləri, “Top Attack Almas” raketləri, bir neçə döyüş, kəşfiyyat və kamikadze pilotsuz uçuş aparatları alıb.

Məsələni Oxu.Az-a şərh edən politoloq Samir Hümbətov diqqətə çatdırıb ki, İran artıq uzun müddətdir iki ölkə arasında davam edən gərginliyi daha da artırmağa çalışır:

“Biz mütəmadi şəkildə İrandan Azərbaycana qarşı təhdidin, təzyiqin və qarayaxma kampaniyalarının şahidi oluruq. Bu, ən çox da media üzərindən həyata keçirilir. İranın Azərbaycana qarşı şantaj xarakterli hərəkətlərinin arxasında duran əsas səbəblərdən biri ondan ibarətdir ki, İran Ermənistanı dəstəkləməklə bölgədə yeni bir gücün formalaşmasının qarşısını almağa çalışır. Yəni Zəngəzur dəhlizinin açılması ilə güclənəcək türk birliyinin tamamilə yox olmasını istəyir. Çünki Zəngəzur dəhlizi açılsa, bu sərhədlər İstanbuldan Çinə qədər olan ərazini əhatə edəcək, Cənubi Qafqaz geosiyasi və geostrateji əhəmiyyətə malik bir bölgəyə çevriləcək, ona görə də bunu maksimum önləməyə çalışır”.

Politoloq vurğulayıb ki, “Tahririeh” rejimin dəstəklədiyi bir media orqanıdır və əlbəttə ki, onun təbliğatını həyata keçirir:

“Molla rejimi təkcə Ermənistana raket sistemi satmaqla dəstək olmur, həm də Rusiya silahlarının İran üzərindən Ermənistana və Qarabağa daşınmasına şərait yaradır.  İranın özünə məxsus olan, amma tərkib hissələri fərqli-fərqli ölkələrdən gətirilən dronları da Ermənistana satmağı planlayır, bəlkə də, satıb. Çünki təqribən bir ay yarım bundan əvvəl İran tərəfin Ermənistandan gələn hərbçilərə dronlardan istifadə ilə bağlı təlimlər keçməsi ilə bağlı məlumatlar vardı. Yəni bütün bunların hər biri hesablanmış şəkildə həyata keçirilir. İndiki halda İranın əsas məqsədi Ermənistanı silahlandırmaqla bölgədə gərginliyi saxlamaq və Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqdır”. 

Müsahibimizin sözlərinə görə, İranı Azərbaycanın Qarabağ bölgəsində gərginliyin qalması, bölgəyə sülhün gəlməməsi üçün bütün addımları atmağa çalışır:

“Hesab edirəm ki, bir neçə gün öncə İrandan 13 bir, 14 bir diversant qrupunun Azərbaycanın Qarabağ bölgəsinə gəlməsi də elə bu məkrli planların tərkib hissəsidir. Bundan sonra da İran Ermənistanı silahlandırmaqda davam edəcək. Nəşr yazır ki, guya Azərbaycan İrandan silah alıb. Bununla bağlı Azərbaycanda hər hansı bir məlumat yayılmayıb. Ümumiyyətlə, Azərbaycanın silah aldığı ölkələr sırasında Türkiyə, Pakistan, İsrail var. Rusiyadan silah alma da azalıb. Hətta zamanın da Belarusdan, ABŞ-dən də alınıb. Amma İran adına mən ilk dəfə rast gəldim. O baxımdan hesab edirəm ki, bu nəşrin məlumatları tam səhih, dəqiq deyil. Amma ümumi götürəndə İranın Ermənistanı silahlandırmaq niyyəti bundan sonra da özünü göstərəcək”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir