Dünya

Məşhur türk seriallarının aktisası intihar etdi: Ölümü ilə bağlı sarsıdıcı məqam ortaya çıxdı – FOTO

Sharing is caring!


Türkiyənin məşhur “Çocuklar duymasın”, “Yalan dünya”, “Sihirli annem”, “Dolunay”, “Sular durulmuyor”, “Çatı katı” kimi bir çox seriallarında rol alan Seda Fettahoğlunun ölümündə sarsıdıcı məqam üzə çıxıb.

İstanbul Beyoğlu səmtindəki parkda gəzən şəxs silah səsi eşidib və səs gələn tərəfə doğru addımlayıb. Başından güllə yarası almış bir qadının otların üzərində uzandığını görüb. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü müəyyən ediblər.

Ölən qadının İstanbul Böyükşəhər Bələdiyyəsinin aktrisası Seda Fettahoğlu və onun intihar etdiyi olduğu üzə çıxıb.

Seda Fəttahoğlunun meyitinin yanında üzərində qeydiyyat sənədi olan silah və boş patron tapılıb. Çantasında isə antidepressant dərmanı aşkarlanıb.

Məlum olub ki, Seda Fettahoğlu ad günündən bir gün sonra intihar edib. 1979-cu il sentyabrın 26-da dünyaya gələn aktrisa 44 yaşını qeyd etdikdən sonra həyatına son verib.

Həmçinin o, bir neçə gün əvvəl sosial şəbəkə hesabında pozitiv foto paylaşıb və fotosuna “Yaşamı sev, bədənini qoru” şərhini yazıb.

Mənbə: “SABAH”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir