Dünya

Dünyanın ən böyük kriptobirjası Rusiyadan gedir

Sharing is caring!


Ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan “Binance” Rusiyanı tamamilə gedir.

Bu barədə birjadan açıqlama verilib.

Bildirilib ki, birja Rusiyadakı biznesinin tam şəkildə “CommEX” şirkətinə satılması ilə bağlı müqavilə imzalayıb.

“Mövcud Rusiya istifadəçilərinin rahat keçidini təmin etmək üçün proses bir ilə qədər vaxt aparacaq. Mövcud Rusiya istifadəçilərinin bütün aktivlərinin təhlükəsizliyi təmin olunub və etibarlı şəkildə mühafizə olunur”, – deyə kriptovalyuta birjası əmin edib.

Mənbə: RTVI

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir