Dünya

İlya Kuxarçuk: “Neftçi” Rusiya Premyer Liqasının bir çox komandasından yüksək səviyyədədir”

Sharing is caring!


Rusiyanın “Ximki” klubunun sabiq futbolçusu İlya Kuxarçuk keçmiş komanda yoldaşı Reziuan Mirzovun “Neftçi”yə keçidinə münasibət bildirib.

33 yaşlı oyunçu “ağ-qaralar”ın yüksəksəviyyəli komanda olduğunu vurğulayıb:

“Reziuanla münasibətim yaxşıdır. “Neftçi”yə keçməmişdən iki gün əvvəl yazışmışıq. Düzdür, transferlə bağlı mənə heç nə deməmişdi. Mirzova uğurlar arzulayıram. “Neftçi” çox güclü komandadır. Mirzov özü də yaxşı futbolçudur. Ona Rusiya çempionatında niyə yer tapılmadığını demək çətindir. Yəqin ki, buna “Ximki”nin aşağı liqaya düşməsi təsir etdi. Düşünürəm ki, “Neftçi” Rusiya Premyer Liqasının bir çox komandasından yüksək səviyyədədir”.

Kuxarçuk hazırda Rusiyanın “Pari” klubunda çıxış edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir