Dünya

Norveç seysmoloqları “Şimal axını”nda dörd partlayış qeydə alıblar

Sharing is caring!


2022-ci ildə “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinin marşrutları boyunca dörd partlayış baş verib, baxmayaraq ki, əvvəllər yalnız ikisinin olduğu güman edilirdi.

“Norsar” Norveç Seysmik Müşahidə İnstitutunun mütəxəssislərinin sözlərinə görə, birinci partlayış ötən ilin sentyabr ayının 26-da yerli vaxtla saat 02:03:24-də, ikinci partlayış saat 19:03:50-də, üçüncü partlayış ikinci partlayışdan yeddi saniyə sonra, dördüncü isə doqquz saniyə sonra qeydə alınıb.

Vurğulanır ki, ikinci və üçüncü partlayışlar bir-birindən 220 m aralıda, dördüncüsü isə ikincidən bir neçə kilometr cənub-qərbdə baş verib.

Bir partlayış Danimarkanın Bornholm adasının cənub-şərqində, digər üçü isə onun şimal-şərqində qeydə alınıb. Eyni zamanda, Norsar ekspertlərinin fikrincə, reallıqda daha da çox partlayışlar ola bilərdi. Danimarka, İsveç və Almaniya hakimiyyət orqanlarının apardığı diversiya araşdırmalarının nəticələrinin “Norsar”la birgə dərc edilməsi planlaşdırılır. Adıçəkilən ölkələrin departamentləri bu mövzu ilə bağlı şərh verməkdən imtina ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir