Dünya

“Azərbaycan Qarabağ əhalisinin əmin-amanlığı və təhlükəsizliyi üçün antiterror tədbirləri həyata keçirib”

Sharing is caring!


“Bir sıra Qərb dövlətlərinin yalançı erməni təbliğatına siyasi dəstəyi və diplomatik yardımı ikili standartların təzahürüdür”.

Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin icraçı direktoru Mahmud Ulhəsən Xan deyib.

Ekspertin sözlərinə görə, heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur və beynəlxalq hüququn ölkənin suverenlik və ərazi bütövlüyünü qorumalı olduğunu vurğulayıb.

O, BMT Təhlükəsizlik Şurasının bu yaxınlarda keçirilən iclasında bir sıra ölkələrin Ermənistanı dəstəkləməsindən narahatlığını bildirib. Qeyd edib ki, Fransanın ermənipərəst mövqeyi ölkənin Ermənistanla tarixi əlaqələri və geniş erməni diasporu baxımından gözlənilən idi.

Ekspert bildirib ki, Azərbaycanın 19-20 sentyabr tarixlərində qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi lokal antiterror tədbirləri vaxtında və zəruri olub:

“Bu, Azərbaycanın Qarabağ bölgəsinin yerli əhalisinin əmin-amanlığı, firavanlığı və təhlükəsizliyi naminə edilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir