Dünya

Moskvada qız hərəkət edən yük maşınından yıxıldı: Sürücü onu götürüb gözdən itdi – VİDEO

Sharing is caring!


Rusiyanın paytaxtı Moskvada hərəkətdə olan yük maşınının kabinəsindən huşsuz vəziyyətdə yıxılan qızın görüntüləri gündəm olub.  

Yük maşınının sürücüsü axtarılır. Belə ki, sürücü kabinədən yıxılan və hərəkətsiz vəziyyətdə olan qızı sakitcə maşına qoyaraq gözdən itib. Qızın sağ olub-olmadığı isə məlum deyil.

Hadisə ötən gecə paytaxtın Xamovniki rayonunda baş verib. Yoldan keçənlər və Komsomol prospekti ilə hərəkət edən sürücülər qəribə mənzərə qarşısında şoka düşüblər.

Hərəkətdə olan “QAZel”in kabinəsindən yıxılan qızın sağ olub-olmadığını ilk baxışdan müəyyən etmək alınmayıb. Sürücü sərnişini yerinə qaytarıb və oradan uzaqlaşıb.

Araşdırma zamanı ekspertlər qızın yıxıldığı yerdə hər hansı qan izi aşkar etməyiblər.

Əldə olunan məlumata görə, yük maşını tikinti materiallarının onlayn ticarəti ilə məşğul olan və paytaxtda fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir