Dünya

İranda ağlasığmaz qərar: Qızlar məktəbinin sanitar qovşağına kamera quraşdırıldı – FOTO

Sharing is caring!


Tehranda yerləşən 1№-li Fərzəneqan qızlar məktəbinin şagirdləri ötən il xalq etirazlarında geniş fəaliyyət göstərən məktəblərdən biridir.

Lakin bu təhsil ocağının əvvəlki direktoru etirazçı şagirdlərin şəxsi məlumatlarını təhlükəsizlik orqanlarına verməkdən imtina etdiyi üçün vəzifəsindən azad edilib.

İndi isə məktəbin yeni direktoru şagirdlər arasında narkotik maddələrin istifadəsinin qarşısını almaq bəhanəsi ilə məktəbin sanitar qovşağına kameralar quraşdırıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, buna bir çox valideyn və şagird qarşı çıxsa da, Təhsil Nazirliyi sözügedən məktəb direktorunun tərəfində olduğu üçün edilən etirazlara məhəl qoyulmayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir