Dünya

Ukraynada siyasətçilərin müəmmalı ölümləri: Milyonçu deputat da vəfat etdi – FOTO

Sharing is caring!


Ukraynada Ali Radanın deputatı və tanınmış biznesmen Andrey İvançuk vəfat edib.

Bu barədə parlamentin spikeri Ruslan Stefançuk məlumat verib.

Onun sözlərinə görə, İvançukun ölümü barədə sentyabrın 25-də gecə saat 1-də məlum olub.

İlkin məlumata görə, deputat İvankoviçi kəndində qan laxtalanması səbəbindən dünyasını dəyişib.

Ruslan Stefançuk ekspertiza aparıldığını deyib. 

“Bu, çox qəribə hekayədir”, – deyə İvançukun yoldaşlarından biri etiraf edib.

Maraqlıdır ki, sentyabrın 17-də Xerson vilayətinin eks-qubernatoru Gennadi Laquta da müəmmalı şəkildə dünyasını dəyişib. Regionun Ukraynanın nəzarətində olan hissəsinin hazırkı rəhbəri Aleksandr Prokudin Laqutanın Kiyevdəki tibb müəssisələrindən birində intihar etdiyini bildirib. Eyni zamanda, keçmiş qubernatorun ətrafı onun intihar etdiyi versiyasına inanmır. Onun həyatı sevdiyini və depressiv əhvali-ruhiyyədə olmadığını qeyd edirlər. 

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir