Dünya

NATO bir milyard avroluq müdafiə fondu ilə Çinə qarşı mübarizə aparacaq

Sharing is caring!


NATO İnnovasiya Fondu (NIF) blokun texnoloji imkanlarını gücləndirmək və Çinlə rəqabətə qarşı mübarizə məqsədilə müdafiə startaplarının inkişafına bir milyard avro (1,9 milyard manat) ayırmaq niyyətindədir.

Məlumata görə, artıq layihədə alyansın 23 ölkəsi iştirak edir.

NATO baş katibinin köməkçisi David van Vilin sözlərinə görə, alyansın xüsusilə Avropada yüksək texnologiyalı həllər hazırlamaq üçün vençur kapitalı yoxdur. “Biz bu müdafiə şirkətlərinə sərmayə qoymaq üçün öz tərəfimizdən daha çox kapitalla təmin etmək istəyirdik ki, onlar çinli investorlara müraciət etməsinlər”, – deyə o, nəşrə bildirib. Van Vilin sözlərinə görə, blokun 23 ölkəsi artıq ötən il yaradılmış bir milyard avroluq fondun iştirakçısına çevrilib, ABŞ hələlik bu təşəbbüsə qoşulmayıb.

Qeyd edək ki, Niderlandda yerləşən fond süni intellekt, həmçinin kosmos və biotexnologiyalardan istifadə etməklə layihələrin hazırlanması üzrə ixtisaslaşıb. O, hərbi silahların hazırlanması və istehsalı üçün startaplara investisiyaları nəzərdə tutmur. Layihədə əsas diqqət yeni texnologiyaların tətbiqinə və alyansa üzv ölkələrin müdafiə nazirlikləri arasında əlaqələrin qurulmasına yönəldiləcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir