Dünya

Fransa qoşunlarını Nigerdən çıxarır

Sharing is caring!


Fransa Nigerdəki üsyançılarla əməkdaşlıqdan imtina edib və 2023-cü ilin sonuna qədər qoşunlarını ölkədən çıxaracaq.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib. 

“Biz hazırkı Niger hakimiyyəti ilə hərbi əməkdaşlığa son verəcəyik, çünki onlar artıq terrorizmlə mübarizə aparmaq istəyində deyillər. Bu, yaxın həftələrdə təşkil olunacaq və əməkdaşlığın sonu demək olacaq. Qarşıdakı həftələrdə və aylarda qoşunların nizamlı şəkildə çıxarılması lazımdır”, – deyə Emmanuel Makron özünün “X” sosial şəbəkəsindəki səhifəsində bildirib. 

Xatırladaq ki, 2023-cü ilin yayında Nigerdə ​​dövlət çevrilişi baş verib, nəticədə Prezident Məhəmməd Bazum tutduğu vəzifədən uzaqlaşdırılıb. Makron Fransanın ECOWAS-ın (Qərbi Afrika Ölkələri İqtisadi Birliyi) Nigerə müdaxiləsinin dəstəkləməyə hazır olduğunu bildirdikdən sonra üsyançılar fransız qoşunlarının ölkəni tərk etməsini tələb ediblər.

Mənbə: URA.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir