Dünya

NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Belqradı bombalamağa çağırıb – FOTO

Sharing is caring!


NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Felinger Şimali Atlantika Alyansını Serbiyaya zərbə endirməyə çağırıb.

O, müvafiq mesajı “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yayıb.

“Banskada Serblərin Kosovoya qarşı müharibəsi başlayıb… Mən NATO-nu dərhal Serbiyaya qarşı müdaxilə hazırlamağa çağırıram. Belqradı elə indi bombalayın!”, –  Felinger yazıb.

Eyni zamanda o, baş verənlərdə Rusiyanın əli olduğunu iddia edib.

Bundan əvvəl Kosovonun baş naziri Albin Kurti maskalı silahlı şəxslərin fotolarını dərc edərək, onların Serbiya hakimiyyətinin dəstəyi ilə polisə hücum etdiyini iddia edib. O bildirib ki, Kosovo hüquq-mühafizə orqanları şübhəlilərin saxlanılması üçün əməliyyat keçirir. Kurtinin sözlərinə görə, bazar günü gecə bir hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, ikincisi isə yaralanıb.

Məsələ ilə bağlı Serbiya Prezidenti Aleksandar Vuçiç həmvətənlərinə müraciət edəcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir