Dünya

Güneyli fəalın bacısı: “Məhkəmə qardaşımın vəziyyəti barədə bizə məlumat vermir” – FOTO

Sharing is caring!


Güney azərbaycanlı fəal və rəqs müəllimi Peyman İbrahiminin ailəsi onun vəziyyəti ilə bağlı məhkəmə orqanlarından heç bir məlumat ala bilmir.

Bu barədə “Azad İran” “Telegram” kanalı fəalın bacısı Həcər İbrahimiyə istinadla xəbər verib.

Onun sözlərinə görə, Peymanın həbsindən 25 gün keçsə də, barəsində hələ də heç bir məlumatları yoxdur.

“Anam və digər ailə üzvlərimiz Təbriz şəhərinin ədliyyə və prokurorluq orqanlarına qardaşımın məhkəmə prosesini izləmək üçün saysız müraciətlər ediblər, lakin hələ ki, hər hansı bir nəticə yoxdur”, – deyə o bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir