Dünya

Türkiyəli və rusiyalı xilasedicilər Liviyada daşqın qurbanlarının yüzdən çox cəsədini sudan çıxarıblar – VİDEO

Sharing is caring!


Rusiyalı xilasedicilər türkiyəli həmkarları ilə birlikdə son 24 saat ərzində Liviyada daşqından sonra həlak olanların 80-ə yaxın cəsədini aşkarlayaraq çıxarıblar.

Bu barədə Rusiya FHN-in mətbuat xidməti xəbər verib.

Bildirilir ki, türkiyəli və rusiyalı xilasedicilər işə başlayandan 110-dan çox meyiti sudan çıxarıblar.

“İşləmək çətindir, çünki okeanın dibində avtomobillər, dağılmış evlərin hissələri var, səthdə zibillər üzür”, – deyə qurumdan vurğulanıb.

Son məlumatlara görə, Liviyada “Daniel” qasırğasından ölənlərin sayı 11 mindən çoxdur. Onlardan 3,3 mini dəfn edilib. Bəzi cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Qurbanların sayının daha 10 min artacağı düşünülür.

Bundan başqa 43 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb, sakinlər isə içməli su olmadığı üçün Dernanı tərk etməyə davam edirlər.

Bundan əvvəl Liviyada təbii fəlakətin nəticələrinin kosmosdan çəkilən görüntüləri paylaşılıb. Kadrlardan aydın olur ki, Derna şəhərini xəritədən silən “Daniel” qasırğası səhrada göllərin və çay sistemlərinin yaranmasına səbəb olub.

Mənbə: Vesti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir